Nizamnamə kapitalına pay qoyuluşu zamanı vergi azadolmaları | Banco.az

Nizamnamə kapitalına pay qoyuluşu zamanı vergi azadolmaları

Vergi Məcəlləsinin 164.1.5-ci maddəsinə müvafiq olaraq idxal olunan əmlak istisna olmaqla müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində hər hansı əmlakın qoyulması (əmlakın pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda) vergidən azaddır. Bu azadolmanın proseduru necə həyata keçirilir?

Vergilər Nazirliyinin açıqlamasında bildirilir ki, "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Qanunun və "Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə" 23 noyabr 2001-ci il tarixli Qanununa əsasən "Xarici investisiyanın qorunması haqqında" Qanunun 26-cı maddəsinin birinci hissəsindən "və ondan idxal vergisi tutulmur" sözləri çıxarılmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda, vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız Vergi Məcəlləsi ilə müəyyənləşdirilir. Vergi Məcəlləsindən başqa digər normativ hüquqi aktlarda, o cümlədən Vergi Məcəlləsinin 2.4-cü maddəsində göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz.

Vergi Məcəlləsinin 164.1.5-ci maddəsinə əsasən isə, idxal olunan əmlak istisna olmaqla əmlakın müəssisənin nizamnamə kapitalına qoyulması ƏDV-dən azad olunan əməliyyat hesab edilir.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et