Nizamnamə kapitalına görə bankların reytinqi | Banco.az

Nizamnamə kapitalına görə bankların reytinqi

İqtisadi suubyektlərin maliyyə vəziyyətləri barədə fikir formalaşdıran əsas göstəricilərdən biri nizamnamə kapitalıdır. Nizamnamə — hansısa dövlət orqanının, müəssisənin, təşkilatın hansısa sahədə fəaliyyətini və işinin təşkilini tənzimləyən hüquqi sənəddir.

Nizamnamə kapitalı isə, müəssisə yaradılarkən, təsis sənədləri ilə müəyyən edilmiş həcmdə onun fəaliyyətini təmin etmək üçün müəssisənin əmlakına iştirakçıların (sahibkarların) qoyduğu payların (pul ifadəsində) məcmusunu özündə əks etdirir. İqtisadi subyektin nizamnaməsinə qoyuluşlar pul vəsaitləri, tam ödənilmiş qiymətli kağızlar, digər əmlak, o cümlədən əmlak hüquqları və pul dəyəri olan digər hüquqlar ola bilər. Bundan başqa, qeyd edək ki, nizamnamə kapitalının həcmi iqtisadi subyektə investisiya qoymaq istəyən investorlar üçün də bu və ya digər dərəcədə qərar verilməsinə təsir edir. 

Yeni yaradılan banklar üçün isə nizamnamə kapitalının (xarici bankların yerli filialları üçün nizamnamə kapitalına bərabər tutulmuş vəsaitin) minimum miqdarı 50 (əlli) milyon manat məbləğində olmalıdır.

Ötən ilin son rübü banklar arasında 2019-cu ilin eyni rübü ilə müqayisədə yalnız 2 bankın nizamnamə kapitalında artım olub. Yelo Bankın nizamnamə kapitalı 20 milyon manat, TuranBankda isə 5 milyon manat artım olub. Ən çox nizamnamə kapitalı isə Azərbaycan Beynəlxalq Banka məxsusdur.

Həmçinin bax: Banklar 2020-ci ilin son rübünü necə başa vurdu?

Ən sərfəli kredit üçün müraciət et

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram 

Ən sərfəli krediti almaq üçün müraciət et