Niyə tez-tez pul itiririk? - MÜSAHİBƏ | Banco.az

Niyə tez-tez pul itiririk? - MÜSAHİBƏ

Müasir iqtisadi şərait insanlar arasında pul qazanmaq üçün böyük rəqabət mühitini formalaşdırıb. Nisbətən daha çox pul qazananlar həyat şəraiti, statusu cəhətdən daha üstün mövqedə qərarlaşırlar. İstənilən halda pulun bu cür dəyərə sahib olmasına şərait yaradan elə insanların özü olub. Bəzi hallarda min bir əziyyətlə qazandığımız bu kağız parçaları əlimizə çatar-çatmaz bizdən üz döndərir. Yəqin hər kəs razılaşar ki, əldə edilən pulların miqdarına uyğun dərəcədə sevindiyimiz kimi itirilən pulun kəmiyyət ölçüsü qədər də kədərlənirik.

Psixoloq Səbinə Bayramova Banco.az-a insanlar arasında tez-tez rast gəlinən problemlərdən biri olan maddi vəsaitlərin itirilməsindən danışıb.

"Tez-tez pul itirən insanların 7 ortaq xüsusiyyətləri var. Birincisi daxili disiplin yetərsizliyidir. Məsələn daxilən qarşısına məqsəd qoyub hərəkətə keçməmək insanların ən böyük problemidir. İkincisi zamanı idarə etməkdə çətinlik, zəiflik yaşayırlar. Zamanı idarə etmə mövzusunda özünü uğursuz görürlər. Amma unudurlar ki, uğurlu və ya uğursuz hərkəsin 24 saatı var. Üçüncüsü uğuru xarici faktorlara bağlama meylidir. Yəni şans, taleh, qismətlə əlaqələndirirlər.Uğurlu şəxslərin şanslı olduğunu özlərinin isə şanssız olduğunu düşünürlər.Dördüncü ortaq özəllik ətalət və tənbəlliyə meyillilikdir. Yəni hərşeyi bilir, nə üçün bunu etməliyəm, nə etməliyəm, bu mənə niyə lazımdır, etsəm nə qazanaram, uğurlu olaram, mane olan yoxdur amma hərəkətə də keçmirlər. Beşinci xüsusiyyət  itirmə qorxusundan qazanmağa cəhd etməməkdir.Belə bir düşüncə olur ki, ya qazanmazsam ya da qazanarsam qorxusu olur. Qazanaram qorxusu qazanmazsam qorxusundan daha üstün olur.Məsələn düşünürlər ki, birdən qazanaram, uğurlu şəxs olaram, ətrafımı itirərərm ya da dostlarım mənə əvvəlki kimi yanaşmaz.Hər hansısa məqsədlərinə görə mənlə dostluğu davam etdirərlər. Buna görə də, bu qorxudan dolayı qazanmağa cəhd etməmək problemi yaranır. Daha sonra şəxsi inkişafa qapalı olurlar. Sonuncu özəllik isə məsuliyyətdən boyun qaçırırmalarıdır. Yəni uğur qazanmağın öz əllərində olduğuna inanmaq istəmirlər. Çünkü inanmaq məsuliyyət hissini gücləndirir. Beləliklə məsuliyyətdən boyun qaçırmağın onların yeddinci özəl xüsusiyyəti olduğunu deyə bilərik”

Ən sərfəli kredit üçün müraciət et

Səbinə Bayramova bütün bunların hansı mənbələrdən qaynaqlandığını vurğulayaraq problemin həll yollarından da danışıb:

“Ümumilikdə pulla tanış olmaq,pulun dəyərini, funksiyasını dərk etmək uşaqlıq dövrünə təsadüf edir. Burada uşağı böyüdən valideynlərin və böyüməsində məsul olan şəxslərin rolu böyük olur. Yəni uşağın pul ilə necə tanış olmağı, necə dərk etməsi məhz bu yönlərdə ata ananın rolu böyükdür. 4-6 yaş dövrdən etibarən uşaqlar pulun funskiyalarını,dəyərini, onu doğru sərf etməyn yollarını dərk etməyə başlayır. Əgər bu dövrlərdə hər hansısa yalnışlıqlara yol verilsə həmin şəxs neçə yaşında olursa olsun, pulu itirməyə meyilli olur. Bu dövr uşağın iqtisadi sosiallaşması dövrü adlandırılır. Yəni pulu tanımaq, tanış olmaq, necə istifadə etmək, doğru xərcləmək, azdırsa aza uyğun xərcləmək və s. uşağın iqtisadi sosiallaşmasıdır ki, bu da valideynlər tərəfindən həyata keçirilir.

Bundan başqa diqqət dağınıqlığı ola bilər ki, insan həmişə pul itirən şəxs deyil. Son bir neçə ayda və ya ildə bu problemlə qarşılaşıb. Bu da diqqət dağınıqlığından qaynaqlanır.

Diqqət dağınıqlığı da həmin insanın hər hansı şəxsi problemləri ilə bağlı ola bilər. Yəni ola bilər ki, insanın elə bir problemi var ki, beyin daim həmin məsələyə fokuslanır. Beləliklə həmin insan tez-tez pulu ilə yanaşı əşyalarınıda  itirə bilər.Bu zaman insan əgər öz cəhdləri ilə problemi həll edə bilmirsə mütləq şəkildə bir mütəxəsssisŞ psixoloq  dəstəyi almalıdır.”

Aida İSAQ, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et