Niyə siz? və Niyə biz? | Banco.az

Niyə siz? və Niyə biz?

Bir çox iş üçün müraciət edən namizədlər kimi siz də dəfələrlə soruşulan – sizin güclü və zəif cəhətləriniz, dəyərləriniz, məqsədləriniz kimi  bəsit sualların verilməsini gözləyirsiniz. Sizə həqiqətən əhəmiyyətli olan 2 sualı təqdim edəcəyik ki, siz müsahibədən keçmək üçün bu 2 sualın cavabına mütləq hazır olmalısınız.

Bunlar: “Niyə biz?” və “Niyə siz?”

Müsahibəyə hazırlaşarkən bu iki sualı daima yaddaşınızda saxlayın ki, sizə və işə götürənə həqiqətən nə lazım olduğuna fokuslanasınız.

“Niyə Biz?” sualına cavab verərək müraciət etdiyiniz şirkətin sizin üçün necə böyük və arzuolunan bir yer olduğunu göstərməlisiniz.

Müsahibəyə getməmişdən əvvəl araşdırmalısınız ki, bu şirkətin digərlərindən fərqi nədir? Digər şirkətlərdən fərqlənən unikal müştəriləri yoxsa iş fəlsəfəsi var? Şirkətin tarixi yaxud onların idarəetməsi sizi müraciət etməyə vadar edib?

Ən sərfəli kredit üçün müraciət et

Əgər siz top liderlərin etimadnamələrindən təsirlənmisiniz və inanırsınz ki, onların işini öyrənə biləcəksiniz, qürurla belə də deyin. Yox əgər siz onların məhsulun bəyənirsinizsə, niyə bəyəndiyinizi onlara danışın.

Sonra “Niyə siz?” sualını cavablandırmalısınız.  

Sizin əvvəlki iş təcrübənizdən, nailiyyətlərinizdən və iş sahəsində olan maraqlarınızdan danışın. İşləyəcəyiniz yeni komandaya faydalı olacaq ideyalarınızdan bəhs edin. Etdiyiniz işlərdə niyə siz yaxşısınız, ümumi, özündən razı şablon sözlərdən istifadə etməyərək CV-nizdə qeyd etdiyiniz əsas məqamlara toxunun.