Niyə robototexnika uşaqlarа faydalıdır? | Banco.az

Niyə robototexnika uşaqlarа faydalıdır?

Gələcək gəldi. Elm sürətlə irəli uçur: demək olar ki, hər gün yeni kəşfləri gətirir, həmçinin robototexnika sahəsində. Üstəlik, məhz bu elm sahəsi getdikcə bütün dünyada daha populyar olur. Dronlardan başlayaraq yüksək texnologiyali protezlərlə  bitirərək, xüsusilə mürəkkəb və təhlükəli işlər üçün robotlar, robot avtomobillər ilə bitirərək- dünyada daha çox robot peyda olur və çoxları daha mükəmməl, daha ağıllı maşınları yaratmağa çalışırlar.

Robototexnika ilə təkcə alimlər deyil, həm də adi insanlar maraqlanır. Və, əlbəttə ki, uşaqlar.

Uşaqlar üçün robototexnikanin faydasi nədir?

Əvvəla bu əlavə təhsildir. Bu repetitor ilə adi dərslər deyil, bu texnika ilə maraqli eksperimentlərdir, öz əlləri ilə maraqli, faydali bir şeyin yaratmasidir. Əgər uşaq texnikaya maraq hiss edirsə niyə də robot yaratmasin?

Daha bir amil var – səbrin, diqqətin, əllərlə işləmək bacarığının inkişafi. Bu bir çox müasir uşaqlara çatışmayan şeylərdir. Ən azi, söhbət cizgi filmlərə, filmlərə baxmaq və ya kompüter oyunlarını oynamaqdan getmir: məhz burada uşaqlarin səbri kifayət qədərdir 

Səmərəsiz, faydasiz yerlərdən diqqətini çəkmək: burda söhbət sosial şəbəkələrdən, kompüter oyunlardan, filmlərdən gedir. Yox, heç kim bütün bunlari uşağın həyatindan tamamilə aradan qaldırmaqdan danışmır. Sonucda indi Internet zamanıdır və Internet ictimai ( sosial) mədəniyyətin hissəsinə çevrilmişdir. 

Lakin insanin asudə vaxti yalniz İnternetlə,  filmlər izləməklə və ya kompüter oyunlarla məhdudlaşmamalıdır. Hər bir insanin, o cümlədən, uşağın, geniş dünyagörüşü, geniş bilikləri olmalidir

Ən sərfəli kredit üçün müraciət et

Robototexnika hansı biliklər verəcək? Bu riyaziyyatdır, bu, mühəndislik və layihələşdırmədir, proqramlaşdırmadır- yenə də quru və cansıxıcı nəzəriyyə deyil, praktikadir. Sadəcə nəsə öyrənmək uşaq üçün ən darıxdırıcı bir şeydir – nəticəsini görmək isə başqa bir məsələdir. Məhz bu səbəbdən robototexnika ilə məşğul olan uşaqlarin məktəbdə dəqiq elmlərlə problemi yoxdur. Onlar dərsliklərin arxasinda oturmurlar. Onlar sadəcə bilirlər. Robototexnika məşğələləri uşağı hərtərəfli inkişafla təmin edirlər.

Daha mühüm bir amil – komandada işləmək bacarığıdır. Son vaxtlar ünsiyyət bacarığının azalması müşahidə olunur- və bu təəccüblü deyil – yeniyetmələr daha çox sosial şəbəkələrdə ünsiyyət yaradirlar. Gərçək (həqiqi)  ünsiyyətdə olan çətinliklər -gələcəkdə olan problemlərdir, axi, ünsiyyət işə düzəlmək üçün  önəmli amillərdən biridir! Başqa insanlarla işləmək bacarığı, “komanda oyunçusu” olmaq, qeyri-standart qərarlari tapmaq və mürəkkəb hallardan çixmaq, təkcə özünüz üçün deyil, bütün layihə üçün məsuliyyət götürmək  bacarığıdır.

Robototexnika – gələcək üçün yaxşi perspektivlər deməkdir. Onunla ciddi maraqlananlar, hər hansi texniki universitetə çətinlik olmadan qəbul olunacaqlar. Kim robototexnika ilə ciddi maraqlanirsa, artiq məktəb zamanı öz gələcəyini qura biləcək: məktəblilərin icad etdiyi texnika ciddi firmalarin diqqətini cəlb edirdi.

Nəticədə nə demək olar? Sadəcə bir şey: əgər uşaq texnika ilə maraqlanirsa, dəqiq elmlərə üstünlük verirsə, bəlkə, ona robototexnika dünyasini kəşf etmək lazimdir? Uşağin parlaq gələcəyi onun özündən asilidir, və valideynlərin işi – uşağın  potensialini açmaq, onun hər hansi təşəbbüsləri dəstəkləmək, hətta onlarin arzu etdikləri olmayan istedadin inkişafı üçün bütün imkanlari verməkdir.

itstep.az

Ən sərfəli krediti almaq üçün müraciət et