Niyə işçilər müdirlərə “baş üstə” deyir? | Banco.az

Niyə işçilər müdirlərə “baş üstə” deyir?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Biz rəhbərlər, idarə etdiyimiz şirkətlərdə işçilərimizin özlərini rahatlıqla ifadə edə biləcəkləri şərait yarada bilsək, onlar da işlə bağlı çətinlik çəkdiyi mövzularla bağlı müdirlərindən nələrisə soruşmağa cəsarət edəcəklər”.

Bu fikirləri Banco.az-a açıqlamasında Türkiyədə 20 ildən çox bankçılıq və pərakəndə satış sektorunda fəaliyyət göstərən tanınmış təlimçi ekspert Ahmet Kandemir deyib. 

O düşünür ki, işçi “baş üstə” deyirsə, bu onun müdirlə şəffaf bir əlaqə qura bilməməsindən irəli gəlir:

“İşçi köməyə ehtiyacı olan zaman, ya da hər hansı ona tapşırılan işin öhdəsindən gələ bilmədiyini düşünəndə “Müəllim siz dediniz ama mən bunu edə bilmirəm” deməyi  bacarmalıdır. Adətən işçilər özləri haqqında kifayət qədər təcrübəsiz görüntü yaratmamaq üçün susmağa üstünlük verirlər. Əsas məsələ odur ki, nə baş verməyindən asılı olmadan işçi rəhbərinə qarşı dürüstlüyünü itirməməlidir”.

Ən sərfəli kredit üçün müraciət et

Ahmed Kandemir düşünür ki, bu məsələdə rəhbərin üzərinə düşən öhdəlik işçiləri ilə ünsiyyət kanallarını açıq qoymaqdır:

“İşçi bilməlidir ki, o işlə bağlı başa düşmədiyi, çətinlik çəkdiyi mövzularda anlayana qədər meneceri və ya rəhbərinə suallar verib cavablar ala bilər. Bu məsələdə sonsuz səbr nümayişi də vacibdir.

Müdirlərin də işçinin səhvlərinə dəhşətli bir məsələ kimi deyil, daha anlayışlı formada münasibət göstərməli çox diqqətdə saxlanılası məsələdir. Yaxşı rəhbər hər vəziyyətdə işçisinə dəstək və kömək etməyi bacarmalıdır”.

Ən sərfəli krediti almaq üçün müraciət et