Nike idman geyimləri brendi, kreativ peşə sahiblərinin işləmək istədikləri bir nömrəli şirkətdir. Bu qənaətə Working Not Working (WNW) şirkətinin keçirdiyi sorğu zamanı gəlinib.
Working Not Working (WNW) şirkəti hər il kreativ sahədə çalışan insanların biznes ilə bağlı fikirlərini öyrənmək məqsədi ilə müxtəlif növ sorğular keçirir. Bu il sorğu zamanı, fəaliyyəti ilə rəğbət qazanan yeni adlardan WeWork kovorkinqlər şəbəkəsi və proqram təminatçısı Adobe şirkəti siyahıya daxil edilib.
WNW şirkətinin keçirdiyi sorğunun iştirakçıları, Nike brendinin kütlənin marağına səbəb olacaq məsələlərdə aktiv olduğunu qeyd ediblər. 74 % sorğu iştirakçısı isə şirkətin futbolçu Kolin Kapernik ilə birgə çəkdiyi reklam çarxının ideyasını bəyənərək, bu ekran məhsulunun onların Nike şirkətində işləmək şansını artıra biləcəyini bildiriblər. İkinci pillədə isə rəğbət qazanan reklamı çəkən Wieden+Kennedy şirkəti yer alıb.
Top-3 Google, 4-cü pillədə, yaradıcı peşə sahiblərinin işləmək istədikləri şirkət olaraq Apple qərarlaşıb. Reytinqin ilk 50 şirkəti olaraq: Netflix, Spotify, Airbnb, Adidas, Facebook, Vice, Disney, Patagonia, Amazon, The New Yorker, HBO, Pixar, Tesla, National Geographic və Instagram qeyd olunub.
50 şirkətdən 19-u artıq beşinci ildir ki, reytinqdə yer alırlar. Working Not Working şirkətinin həmtəsisçisi Justin Gignac, şirkətlərin reytinqdə yer alma səbəbini açıqlayıb. Mütəxəssis reytinqdə yer alan şirkətlərin missiyalarına bələd olaraq, bu istiqamətdə əminliklə addım atdıqlarını vurğulayıb.
Qətiyyətlə qəbul edilən qərarlar, özünə inam daim arzu edilən nəticələri əldə etmək üçün zəmin yaradır.
Həmçinin oxu: “Nike”-dan məhsullarını yandıranlara QEYRİ-ADİ reaksiya