Müəllif: Gülnar Əhmədli, Banco.az
Yaponiyanın avtomobil istehsalçısı “Nissan Motor” 2025-ci ilin birinci maliyyə rübündə satışların azalması və ABŞ-nin tarifləri səbəbilə zərər edib.
Banco.az xəbər verir ki, “Nissan” aprel-iyun dövründə xalis zərərinin 115,8 milyard yen (780 milyon dollar) olduğunu bildirib.
Şirkətin xalis zərəri ötən ilin eyni dövründə 28,6 milyard yen təşkil edirdi.
Hesabat dövründə “Nissan”ın avtomobil satışları əvvəlki maliyyə ilinin ilk rübündəki 787 mindən 707 minə düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!