“Nikoil Bank”ın zərəri 50 dəfəyə yaxın azalıb, verilən kreditlərdə artım başlayıb | Banco.az

“Nikoil Bank”ın zərəri 50 dəfəyə yaxın azalıb, verilən kreditlərdə artım başlayıb

“Nikoil Bank”ın gəlirləri azalıb, xərcləri artıb. Eyni zamanda, müştərilərə verilən kreditlər artmağa başlayıb.

“Nikoil Bank” ASC 2019-cu ilin 9 ayını 1 milyon 620 min manat xalis zərər ilə başa vurub. Halbuki, “Nikoil Bank” ötən ilin eyni dövrünü 79 milyon 901 min manat xalis zərər ilə bağlamışdı. Zərərin səbəbi ehtimal olunan depozit və kredit itkiləri üçün ehtiyatın yaradılmasına böyük məbləğdə ayırma idi.

 

GƏLİRLƏRİ AZALIB

2019-cu ilin yanvar-sentyabr dövründə “Nikoil Bank”ın cəmi gəlirləri 48 milyon 38 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyon 862 min manat və ya 14% azdır. Bank ötən ilin 9 ayında 55 milyon 500 min manat cəmi gəlir əldə etmişdi.

Ötən ilin 9 ayı ilə müqayisədə cari ilin 9 ayında “Nikoil Bank”ın faiz gəlirləri 6 milyon 423 min manat və ya 12,7% azalaraq 44 milyon 102 min manat, qeyri-faiz gəlirləri 1 milyon 439 min manat və ya 26,8% azalaraq 3 milyon 935 min manat təşkil edib.

 

XƏRCLƏRDƏ BÖYÜK ARTIM

2019-cu ilin yanvar-sentyabr dövründə “Nikoil Bank”ın cəmi xərcləri 35 milyon 771 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 milyon 119 min manat və ya 29,3% çoxdur. Ötən ilin 9 ayında Bankın cəmi xərcləri 27 milyon 652 min manat təşkil etmişdi.

Ötən ilin 9 ayı ilə müqayisədə cari ilin 9 ayında “Nikoil Bank”ın faiz xərcləri 195 min manat azalaraq 11 milyon 993 min manat, qeyri-faiz xərcləri isə 8 milyon 313 min və ya 53% artaraq 23 milyon 972 min manat təşkil edib.

 

ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB

Ən sərfəli kredit üçün müraciət et

Qısası, cəmi gəlirlərin 7 milyon 862 min manat azalması ilə bərabər, cəmi xərclər 8 milyon 119 min manat artıb. Nəticədə “Nikoil Bank”ın əməliyyat mənfəəti 15 milyon 981 min manat daha az olub. Ötən ilin 9 ayında əməliyyat mənfəəti 28 milyon 248 min manat ikən, 2019-cu ilin eyni dövründə 12 milyon 267 min manat təşkil edib.

 

EHTİYATA AYIRMA KƏSKİN AZALIB

“Nikoil Bank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 13 milyon 888 min manat ayırdığından əməliyyat mənfəəti tamamilə silinib və 1 milyon 620 min manat zərər yaranıb.

Müqayisə üçün qeyd edək ki, ötən ilin 9 ayında “Nikoil Bank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 108 milyon 149 min manat ayırdığından, 28 milyon 248 min manat əməliyyat mənfəəti bu ayırma üçün kifayət etməmiş və 79 milyon 901 min manat zərər yaranmışdı.

 

MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB

30 Sentyabr 2019-cu il tarixində “Nikoil Bank” 446 milyon 986 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 290 milyon 28 min manatını müştərilərə verilən kreditlər təşkil edib.

31 Dekabr 2018-ci il tarixində “Nikoil Bank” 417 milyon 40 min manat cəmi aktivlərə malik idi. Aktivlərin 282 milyon 713 min manatını müştərilərə verilən kreditlər təşkil etmişdi. 2019-cu ilin 9 ayı ərzində müştərilərə verilən kreditlər 7 milyon 315 min manat və ya 2,6% artıb.

“Nikoil Bank” 348 milyon manat nizamnamə kapitalına malik olsa da 287 milyon 61 min manatlıq yığılmış zərərə görə 65 milyon 27 min manat kapitalı qalıb.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et