“Nikoil Bank”ın rəhbərliyində dəyişiklik olacaq | Banco.az

“Nikoil Bank”ın rəhbərliyində dəyişiklik olacaq

“Nikoil Bank” ASC-nin səhmdarlarının ötən gün Moskvada (Rusiya), Yefremov küçəsi,8 ünvanında keçirilməsi planlaşdırılan növbədənkanar ümumi yığıncağı təxirə salınıb. Bu barədə Banka istinadən xəbər verilir.

Məlumata görə, yığıncaq fevralın 8-də Londonda (Birləşmiş Krallıq), Pikadili küçəsi,21 ünvanındakı “Le Méridien Piccadilly” hotelində keçiriləcək.

Yığıncağın gündəliyinə “Nikoil Bank”ın Müşahidə Şurasının və Audit Komitəsinin tərkibinin dəyişdirilməsi, Komitə üzvlərinin mükafatlandırılmasının və Bankın Nizamnaməsinin yeni redaksiyada təsdiq olunması məsələləri daxildir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "Nikoil Bank" ASC 1994-cü ildən fəaliyyət göstərən "Ülpər" kommersiya bankının bazasında, 2002-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 184,5 mln. manatdır. Bankın səhmlərinin 91,84%-i "Topaz İnvestments" QSC-yə, 7,97%-i "Nikoil" QSC-yə, 1%-i isə "ISR Holding" MMC-yə məxsusdur.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et