Nikoil Bank 31 mart 2018-ci il tarixinə maliyyə hesabatlarını açıqlayıb.
Cari ilin ilk rübündə, bankın cəmi aktivləri 488,369 mln. manat olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 19,4% çoxdur. Bankın cəmi aktivlərinin 34,248 mln. manatı nağd vəsaitlər, 67,279 mln. manatı Mərkəzi Bankda və digər bankların müxbir hesablarında olan məbləğlər, 31,418 mln. manatı isə banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlər təşkil edib.
Bankın kredit portfelində isə azalma qeydə alınıb. Belə ki, 31 mart 2017-ci il tarixində 299,236 mln. manat olan kredit portfeli 1 il ərzində 7% azalaraq 278,064 mln. manat olub.
Sözügedən dövrə bankın cəmi öhdəlikləri 388,626 mln. manat olub. Bunun da 250,038 mln. manatını müştərilər tərəfində bankda yerləşdirilən depozitlər təşkil edib. Qeyd edək ki, bankın depozit portfeli ötən ilin birinci rübü ilə müqayisədə 7,9%, sonu ilə müqayisədə isə 9% artıb.
Nikoil Bankın cəmi kapitalı isə bir il ərzində 2,5 dəfə artıb və hazırda 99,744 mln. manatdır. Artımın əsas səbəbi isə bankın ötən il öz nizamnamə kapitalını artırması ilə bağlıdır.
Nikoil Bank zərərdədir.
2018-ci ilin ilk rübündə 8,902 mln. manat əməliyyat mənfəəti olan Nikoil Bank, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 8,902 mln. manat ayırıb. Bu isə bankda hələ də riskli aktivlərin olmasından xəbər verir. Nəticədə, bank 2018-ci ilin 1-ci rübünü 309,32 min manat xalis zərərlə başa vurub.