"Nikoil Bank"ın kapitalı artıb | Banco.az

"Nikoil Bank"ın kapitalı artıb

“Nikoil Bank ASC” 30 iyun 2016-cı il tarixinə olan yarımillik maliyyə hesabatını açıqlayıb. Bank, maliyyə vəziyyətini əks etdirən bu hesabatı rəsmi saytında yayımlayıb.

Banco.az bankın yarımillik hesabatına əsasən xəbər verir ki, 30 iyun 2016 tarixinə Nikoil Bank ASC-nin cəmi aktivləri 522 milyon 448 min manat olub.

Sözügedən dövrdə bankın kredit portfeli 399 milyon 773 min manat təşkil edib ki, bu da 2015-ci ilin sonu ilə müqayisədə 4,4% çoxdur.

2016-cı ilin birinci yarımilliyində bankın cəmi öhdəlikləri 483 milyon 955 min manat olub. Bunun 339 milyon 94 min manatını müştəri hesabları, 102 milyon 330 min manatını isə banklara və maliyyə institutlarına ödəniləcək vəsaitlər təşkil edib.

Keçən il ilə müqayisədə cari ilin ikinci yarısında bankın kapitalı 17 milyon 85 min manat artaraq 38 milyon 493 min manat həcmində olub.

Ən sərfəli kredit üçün müraciət et

Kapitalın 34 milyon 500 min manatını isə Nizamnamə kapitalı təşkil edib.

30 iyun 2016-ci il tarixinə, bankın “Mənfəət və Zərər Hesabatı”na əsasən xalis mənfəəti  5 milyon 633 min manat olub.

31 dekabr 2015-ci ildə isə bankın mənfəəti 23 milyon 589 min manat təşkil edirdi.

Dövrün sonuna pul vəsaitləri və onların ekvivalentləri 17 milyon 262 min manat olub.

"NİKOYL" İnvestisiya Kommersiya Bankı 2002-ci ilin yanvar ayında, "Ülpər" KB-nin ləğv edilməsi nəticəsində bankın səhmlərinin 60%-ni "NİKOYL" AİŞ, 40%-ni isə ölkənin yanacaq bazarının ən iri operatoru QTSC "Lukoyl-Azərbaycan" əldə etməsi ilə yaranıb. 2005-ci ildə Bank Açıq Səhmdar Cəmiyyətinə çevrilib.

Bankın səhmdarları "Topaz İnvestments" QSC – 56.4 %, "NİKOYL" QSC – 42.6%, "ISR Holding" MMC – 1.0%-dir.

Ən sərfəli krediti almaq üçün müraciət et