"Nikoil Bank"da yeni təyinat olub | Banco.az

"Nikoil Bank"da yeni təyinat olub

"Nikoil Bank" ASC-də yeni təyinat olub. "Report"un məlumatına görə, Bankın strukturunda yeni yaradılmış İnformasiya texnologiyaları və strategiya Departamentinin direktoru vəzifəsinə Arif Zeynalov təyin edilib.

A.Zeynalov bundan əvvəl "Rabitəbank" ASC-nin baş direktoru olub.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "Nikoil Bank" ASC 1994-cü ildən fəaliyyət göstərən "Ülpər" kommersiya bankının bazasında, 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 34,5 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 2 manat olan 17,25 mln. səhm əsasında formalaşıb. Səhmlərin 56,4%-i "Topaz İnvestments" QSC-yə, 42,6%-i "Nikoil" QSC-yə, 1%-i isə "ISR Holding" MMC-yə məxsusdur. 

Ən sərfəli krediti almaq üçün müraciət et