"Nikoil Bank"da yeni təyinat olub | Banco.az

"Nikoil Bank"da yeni təyinat olub

Nikoil Bank" ASC-nin Problemli aktivlərin idarə edilməsi Departamentinə yeni direktor təyin edilib. "Report"un əldə etdiyi məlumata görə, bu vəzifəyə Cəlal Nağıyev gətirilib.

C.Nağıyev indiyə qədər hazırda ləğvetmə prosesində olan "Parabank" ASC-nin baş icraçı direktoru işləyib. Son vaxtadək vakant olan bu vəzifədə əvvəllər Elşən Babayev çalışıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "Nikoil Bank" ASC 1994-cü ildən fəaliyyət göstərən "Ülpər" kommersiya bankının bazasında, 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 34,5 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 2 manat olan 17,25 mln. səhm əsasında formalaşıb. Səhmlərin 56,4%-i "Topaz İnvestments" QSC-yə, 42,6%-i "Nikoil" QSC-yə, 1%-i isə "ISR Holding" MMC-yə məxsusdur.

Ən sərfəli krediti almaq üçün müraciət et