Nikoil Bank yarımili mənfəətlə başa vurdu | Banco.az

Nikoil Bank yarımili mənfəətlə başa vurdu

Nikoil Bank ASC 2017-ci ilin ikinci rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.

Cari dövrün göstəricilərinə əsasən bankın cəmi aktivləri 413,21 mln. manat olub. Bankın cəmi öhdəlikləri isə 371,325 mln. manat təşkil edib. Qeyd edək ki, 2016-cı ilin yekunu ilə müqayisədə bankın həm aktivlərində, həm də öhdəliklərində cüzi azalma var.

2017-ci ilin 30 iyun tarixinə bankın kredit portfeli 287,097 mln. manat, depozit portfeli isə 234,472 mln. manat təşkil edib. Bankın müştərilərə verilən kreditlərində ötən ilin sonuna nəzərən artım qeydə alınıb, 5,7%.

Bankın cəmi kapitalı 41,886 min manat həcmində qeydə alınıb.

Bankın əməliyyat mənfəəti 13,520 mln. manat, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmaları 12,926 mln. manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Nikoil Bank 2017-ci ili 580 min manat xalis mənfəətlə başa vurub. Qeyd edək ki, bank ötən ili 153 mln. manat zərərlə başa vurmuşdu, lakin cari ilin ilk rübündə mənfəətə keçməyi bacarmış və 227 min manat mənfəət əldə etmişdir.

NIKOIL Bank 1994-cü ildən etibarən Azərbaycanda  fəaliyyət göstərir. Bank fəaliyyəti dövründə adını bir neçə dəfə dəyişdirsə də, 2002-ci il tarixində NIKOIL Bank (11 aprel 2002-ci il tarixli, 203 saylı lisenziya AR MB) adı altında fəaliyyətini davam etdirmişdir.