Nikoil Bank son hesabatlarını açıqladı | Banco.az

Nikoil Bank son hesabatlarını açıqladı

Nikoil Bank`ın 2014-cü ilin III rübü üzrə hesabatları

Nikoil Bank`ın aktivləri 336 mln manat təşkil etmişdir ki, onun da 79%-i (265 mln manat) müştərilərə verilmiş kreditlər təşkil edir. Bununla yanaşı bir il ərzində bankın məcmu kapitalı 28% artaraq 58.4 mln manata bərabər olmuşdur. Bununla da Nikoil Bank Mərkəzi Bank tərəfindən məcmu kapitala qarşı qoyulmuş tələbi yerinə yetirən banklardan olmuşdur. Məcmu kapitalın adekvatlıq əmsalı isə 19.81%-dir, Mərkəzi Bank tərəfindən minimal tələb 12% kimi təyin edilmişdir.

Nikoil Bank tərəfindən cəlb edilmiş depozitlərin ümumi həcmi 190 mln manat olmuşdur ki, onların da 87%-i fiziki şəxslərdən cəlb edilmiş tələbli və müddətli depozitlər, 13-i isə hüquqi şəxslərdən cəlb edilmiş depozitlər təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Bank ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiyəqədərki xalis mənfəətini (30.09.2013) 1.4 dəfə artıraraq 3.6 mln manat qazanc əldə etmişdir. Bununla yanaşı, bankın faiz gəlirləri 30.8 mln manat, faiz xərcləri isə16.8 mln manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə uyğun olaraq 32% və 37% daha çoxdur.

Ən sərfəli krediti almaq üçün müraciət et