“Nikoil Bank” maliyyə nəticələri açıqlayıb | Banco.az

“Nikoil Bank” maliyyə nəticələri açıqlayıb

“Nikoil Bank” ASC cari ilin doqquz aylıq maliyyə nəticələrini açıqlayıb.

Bank 30 sentyabra olan göstəriciləri əks etdirən maliyyə hesabatlarını rəsmi web saytında dərc edib.

Banco.az bankın açıqladığı məlumatlara əsasən xəbər verir ki, 2016-cı ilin 30 sentyabrında bankın ümumi aktivləri 537 mln. 114 min manat təşkil edib. Bu isə 2-ci rüb ilə müqayisədə 2,8%, yəni 14,6 mln manat çoxdur.

Qeyd edək ki, 2015-ci ilin yekununda bankın ümumi aktivləri 569 mln. 950 min manat təşkil edirdi. Cari ilin birinci yarımilinə nisbətən müştərilərə verilən kreditlərin həcmində 10,9% azalma müşahidə olunub.

Sözügedən dövrdə “Nikoil Bank” ASC-nin kredit portfeli 356 mln. 168 min manat olub.

Müştərilər tərəfindən bankda yerləşdirilən depozitlərin həcmi isə 335 mln. 633 min manat həcmində olub.

Ən sərfəli kredit üçün müraciət et

Bankın kapitalında da artım qeydə alınıb.

2016-cı ilin iyununda 38 mln. 493 min manat həcmində olan cəmi kapital, 2 mln. 433 min manat artaraq 40 mln. 926 min manat olub. 31.12.2015 tarixində isə bankın kapitalı 21 mln. 408 min manat idi.

“Nikoil Bank” ASC 3-cü rübü ziyanla başa vurub, -1 mln. 997 min manat. Lakin, ümumən hesabat dövrünün sonuna bankın mənfəəti 3 mln. 637 min manat olub.

NIKOIL Bank 1994-cü ildən etibarən Azərbaycanda  fəaliyyət göstərir. Bank fəaliyyəti dövründə adını bir neçə dəfə dəyişdirsə də, 2002-ci il tarixində NIKOIL Bank (11 aprel 2002-ci il tarixli, 203 saylı lisenziya AR MB) adı altında fəaliyyətini davam etdirmişdir.

40.000 oxucudan biri də siz olun..

Ən sərfəli krediti almaq üçün müraciət et