"Nikoil Bank"-ın kapitalı artırılıb | Banco.az

"Nikoil Bank"-ın kapitalı artırılıb

Bankdan verilən məlumata görə, nizamnamə kapitalı artdıqdan sonra bankın ümumi kapitalı 106 mln. təşkil edib. Bu isə ümumi kapital üzrə minimal tələbdən 2 dəfə çoxdur. 10% minimal normada NIKOIL | Bank-ın kapitalının adekvatlıq əmsalı 28,3% təşkil edib. 2018-ci ilin 1-ci yarimilliyinin sonuna müştərilərin pul vəsaitləri 2017-ci ilin analoji tarixinə olan göstəricidən 10% artıq olub. 2018-ci ilin 1-ci yarımilliyi üçün xalis əməliyyat gəliri keçən ilin eyni dövrü üzrə olan gəlirdən 30% artıq olub. 2-ci rübün nəticələrinə əsasən bankın ani likvidlik əmsalı 114% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

2018-ci ilin birinci  yarımilliyi üzrə kredit portfeli 7% artmışdır.

FED.az