Nike səhiyyə işçilərinə 5.5 milyon dollarlıq hədiyyə verəcək | Banco.az

Nike səhiyyə işçilərinə 5.5 milyon dollarlıq hədiyyə verəcək

Tamara Mustafayeva, Banco.az

Pandemiya dövründə bir çox qlobal marka virusla mübarizəyə dəstək olmaq üçün bir sıra addımlar atdılar. Bu markalardan biri də Nike firmasıdır. İdman geyim brendi bir müddət əvvəl Air seriyasına məxsus idman ayaqqabılarının materiallarından istifadə edərək səhiyyə işçiləri üçün qoruyucu üz qalxanları istehsal etmişdi. Ancaq firma bununla kifayətlənməyib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, şirkət dünən verdiyi açıqlamada virusla qəhrəmancasına mübarizə aparan dünyanın dörd bir yanındakı səhiyyə işçilərinə minnətdarlıqlarını göstərmək üçün onlara ümumilikdə 140 000 ədəd ayaqqabı, geyim və digər ləvazimatlar paylamağı planlaşdırır.

Şirkət həmçinin ABŞ və Avropadakı səhiyyə işçilərinə 32 500 cüt Air Zoom Pulse model idman ayaqqabısı hədiyyə edəcəyini də vurğulayıb. Sözügedən idman ayaqqabıları bütün gün ərzində çalışan işçilər üçün nəzərdə tutulan rahat və asan geyinilən modeldir. Firma ötən ilin sonlarında bazara çıxarılan Air Zoom Pulse ayaqqabılarını paylamaq üçün ABŞ-da əməkdaşlıq etdiyi Good360 adlı qeyri-kommersiya təşkilatı ilə, Avropada isə digər yerli təşkilatlarla birlikdə çalışır.

Nike Zoom Pulse Medical Worker Shoe Release Date | SneakerNews.com

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, şirkətin hədiyyə edəcəyi məhsulların ümumi dəyərinin 5.5 milyon dollardan çox olacağı qeyd edilir.

Həmçinin oxu: İdman məhsulları istehsal edən şirkətlərin rəqabəti: Nike və Adidas

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et