“Nike” Moskvada fərqli adla fəaliyyətə başlayıb | Banco.az

“Nike” Moskvada fərqli adla fəaliyyətə başlayıb

Müəllif - Aida İsaq, Banco.az

Məşhur idman geyimləri brendi “Nike” Moskvada yeni adla (NSP) fəaliyyətə başlayıb.

Banco.az xəbər verir ki, markanı Rusiyanın “Sport Point” multibrend şəbəkəsi alıb. Müştərilərin sözlərinə görə, çeşidlər eyni formada saxlanılıb.

Yeni adla ilk satış məntəqəsi “Outlet Village Belaya Dacha”da istifadəyə verilib.

Xatırladaq ki, mart ayında “Adidas”, “Nike” və “Puma” ölkədəki fəaliyyətini dayandırıb. Yerli geyim brendinin sahibi "Yamal" isə öz növbəsində boş qalan yerləri doldurmağa hazır olduğunu bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et