Müəllif:Ayşən İmanova/Banco.az
Niderland Ukraynaya ümumi dəyəri 200 milyon avro olan yeni yardım paketi ayırıb.
Banco.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Dik Şof “X” sosial şəbəkəsində məlumat yayıb.
“Biz Ukraynaya kömək etmək üçün əlimizdən gələni etməliyik. Təkcə cəbhədə deyil, gündəlik həyatda da. Buna görə də Niderland 200 milyon avrodan çox yeni yardım paketi təqdim edir”, - o bildirib.
Baş nazirin sözlərinə görə, vəsait ilk növbədə enerji infrastrukturunun qorunması və təmiri, habelə humanitar yardımın göstərilməsi üçün istifadə olunacaq.
Niderland Müdafiə Nazirliyinin iyunun ortalarında verdiyi məlumata görə, hərbi əməliyyatlar başlayandan bəri ölkənin Ukraynaya göstərdiyi yardımın ümumi məbləği 3,1 milyard avro təşkil edib.