Müəllif:Ayşən İmanova/Banco.az
Niderland Livana humanitar yardım göstərmək üçün 4 milyon avro ayırmağa qərar verib.
Banco.az xəbər verir ki, bu barədə Parisdə Livan xalqı və suverenliyinə dəstək məqsədilə keçirilən beynəlxalq konfransda iştirak edən Niderland xarici işlər naziri Kaspar Veldkamp bildirib.
"Livan-İsrail sərhədinin hər iki tərəfindəki eskalasiya, mülki əhalinin ölümləri və geniş miqyaslı məcburi köçkünlük hamımızı narahat edir və hərəkətə keçməyi tələb edir", - o “X” hesabında qeyd edib.
Nazirin sözlərinə görə, bu kurs çoxlu sayda ölkə tərəfindən dəstəklənir.
"Əsas olan sabitlik və təhlükəsizlik üçün uzunmüddətli plandır. Bu baxımdan Livan Silahlı Qüvvələrinin dəstəyi vacibdir. Biz də əhalinin humanitar ehtiyaclarının ödənilməsi istiqamətində səylərimizi davam etdirməliyik. Niderland bu məqsədlər üçün 4 milyon avro ayırır", - deyə Veldkamp əlavə edib.