“Nəzərdə tutulan vəsaitin 100 milyon dollarını satmamışıq” | Banco.az

“Nəzərdə tutulan vəsaitin 100 milyon dollarını satmamışıq”

2018-ci ildə valyuta bazarı təxminən tarazlı şəkildə olub.

Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

“2018-ci ildə valyuta bazarında tələb ödənildi. Ötən il hərraclar vasitəsilə Dövlət Neft Fondunun təxminən 6,5 milyard dollar satması nəzərdə tutulmuşdu. Bu vəsaitin təxminən 100 milyard dolları satılmadı və Fond tərəfindən dövlət büdcəsinə valyuta şəkilində köçürüldü. Bilirsiniz büdcənin dövlət borcunun qaytarılması kimi valyuta xərcləri də var”,- Mərkəzi bankın sədri bildirib.

Elman Rüstəmov əlavə edib ki, 2018-ci ilin Aprel və Avqust aylarında Azərbaycanın əsas ticarət tərəfdaşlarının valyutalarının ucuzlaşması ilə əlaqədar olaraq valyutaya tələb daha çox olub:  “Artan tələb əlavə təklif hesabına ödənilib. Ümumi 2018-ci il üzrə isə tələb və təklif bir-birinə çox yaxın olub”.

Ən sərfəli kredit üçün müraciət et

Elman Rüstəmov bildirib ki, neftin qiymətinin aşağı düşməsinin cari ildə və orta müddətdə valyuta bazarına təsiri gözlənilmir:  "Neft qiymətlərindəki volatillik problemdir, amma bunun iqtisadiyyata təsiri əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. Nəzərdə tutulmuş 6.8 milyard dollar trasfert valyuta hərracları vasitəsilə Azərbaycanın valyuta bazarına daxil olacaqdır. 

marja

 

Ən sərfəli krediti almaq üçün müraciət et