Nəyə görə banklar yaşıl, mağazalar çəhrayı rəngdən istifadə edir? | Banco.az

Nəyə görə banklar yaşıl, mağazalar çəhrayı rəngdən istifadə edir?

Rəngləri araşdıran bir elm var. Bu elm “Kolorimetriya” adlanır. 

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, insan orta hesabla bir milyona yaxın rəng seçə bilir, lakin bəzi qadınlar yüz dəfə daha çox rəng seçiminə qadirdir.

Rənglərlə bağlı isə çoxlu sayda maraqlı faktları var. Onların bəzilərini təqdim edirik: 

  1. Kosmosdan Günəşin rəngi ağ görünür. Biz isə onu yer atmosferinin sayəsində sarı görürük. 
  2. İnsan üçün seçilməsi qeyri-mümkün olan mürəkkəb rənglər olduqca çoxdur.
  3. İnsanların çoxu rəngli yuxular görür. Lakin ağ-qara televizorlar dövründə böyüyənlər ağ-qara yuxular da görə bilir. 
  4. Daltoniklər qaranlıqda daha yaxşı görür. Həmçinin onlar kamuflyaj və qoruyucu rəngləməni adi insanlardan daha yaxşı seçə bildiyi üçün ABŞ hərbçiləri onların bu xüsusiyyətindən məmnuniyyətlə  istifadə edir. 
  5. Gecə görmə cihazların lüminoforları yaşıl rəngdədir, çünki insanın gözü məhz bu rəngin çalarlarını ayıra bilir. 
  6. Əslində matadorun plaşı mütləq qırmızı rəngdə olmamalıdır. Səhv bir inam var ki, guya buğalar qırmızıya hücum edir. Ancaq buğalar rəng korudur. Qırmızıya deyil, özlərinə yellənən parçaya hücum edir. Deyilənə görə, qırmızı rəng qan ləkələri gözə çarpmasın deyə seçilib. 
  7. Bəzi qadınlar tetraxromatdır. Yəni  onlar rənglərin çalarlarını adi insanlardan 100 dəfə daha çox qəbul edə bilir. 
  8. 1918-ci ildə geyimlərin çəhrayı rəngi oğlanlar üçün, mavi rəngi isə qızlar üçün istifadə olunub. 

Qida firmalarının əsas rəngi

Qida firmalarının əsas rəngi qırmızıdır. Və bu heç də təsadüfi deyil. Bu rəng canlılıq və dinamikliklə əlaqəli rəngdir. Xoşbəxtliyi təmsil edir. Qırmızı rəng, fiziki olaraq canlılığı,  bir işi axıra kimi aparmaq qərarlılığını göstərir və iştahanı açır. 

Ona görə də dünyadakı qida firmalarının çoxunun üzərində qırmızı rəngdən istifadə olunur. Qırmızı təzyiqi qaldırır, qanın hərəkətini tezləşdirir.

Bankların və xəstəxanaların seçdiyi rəng

Ən sərfəli kredit üçün müraciət et

Bankların əsas seçdiyi rəng yaşıldır. Çünki duyğusal olaraq insana ən çox təsir edə bilir. Təbiətin və yazın rəngidir. Etibar yaradan rəngdir. Ona görə də bankların üzərində hakim rəngdir. 

Həmçinin bu rəng yaradıcılığı göstərdiyi üçün restoran mətbəxlərində də istifadə olunur.

Xəstəxanalar da yaşıl rəngdən yan keçməyib. Məhz yaşıl yerlərdə insanların daha az həzm sistemindəki problemlərlə qarşılaşdığı sübut olunub.

İntiharları azaldan rəng

Bəşəriyyətin daha bir fenomenal kəşfi mavi rəngin intiharların sayını azaltması ilə bağlıdır. Mavi rəng göy üzünün və səmanın, dənizin simvoludur. Hədsizliyin və uzaqgörənliyin simvoludur. Rahatlığı təmsil edir və sakitləşdirir.

Maraqlısı budur ki, Qərb ölkələrində intiharları azaltmaq üçün körpü ayaqlarını maviyə boyayırlar.

Bundan əlavə, divarları mavi olan məktəblərdə uşaqlar daha az dəcəllik edir.  

Mağazaların məşhur rəngi

Mağazaların istifadə etdiyi ən məşhur rəng çəhrayı rəngdir. Uyuşmaq, şirinliyin və sevginin simvoludur. Rahatlıq yaradan və sakitləşdirən bir rəngdir. Buna görə də bəzi böyük mağazalar satıcılarına çəhrayı paltar geyindirir ki, müştərilər özlərini rahat hiss etsin. Çəhrayı eyni zamanda uşaq rəngidir.

Diqqətin ən əsas rəngi

Sarı rəng illərdir keçiciliyin və diqqət çəkiciliyin simvolu sayılmaqdadır. Diqqət çəkdiyinə görə, bütün dünyada taksilər məhz sarı rəngə boyanır.

İnsanın hərəkətini artıran rəng

Qəhvəyi rəng həqiqətin, plan və sistemin rəngidir. Kanzas Universitetində bir sərgidə, divarların rəngi dəyişdirilə bilən hala gətirilmişdi. Fonda ağ istifadə olunduqda insanlar sərgidə yavaş hərəkət ediblər. Fon qəhvəyi rəngə çevriləndə isə insanlar muzeydə daha çox yeri daha az vaxtda gəziblər.

Qəhvəyi rəng insanı tezləşdirir. Buna görə “fastfood”lar daxili məkanda qəhvəyi rəngindən istifadə edir. 

Mənbə: FaktXəbər

Ən sərfəli krediti almaq üçün müraciət et