“Networking Azerbaijan” işadamları klubu növbəti tədbirlərini keçirib | Banco.az

“Networking Azerbaijan” işadamları klubu növbəti tədbirlərini keçirib

“Networking Azerbaijan” işadamları klubu 24, 25 may tarixlərində növbəti tədbirlərini keçirib.Tədbir iki gün davam edib.  Ənənələrinə sadiq qalaraq,  “Networking Azerbaijan” hər ay tədbirlər keçirməyə və ölkənin işgüzar cəmiyyətini bir araya yığmağa nail olub. Bu dəfəki tədbirlər "Shah Palace Hotel"də baş tutub. Tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar və idarəçilər iştirak edib. Hər zaman olduğu kimi, tədbirin əsas məqsədi qonaqlar arasında işgüzar əlaqələrin qurulması və genişləndirilməsindən ibarət olub. 
Sahibkarlar işgüzar mühitdəki son tendensiyaları canlı müzakirə etməyə, fikir və təcrübələrini bölüşməyə müvəffəq olublar. 24 may tarixində baş tutan tədbiri açıq elan edən Orxan Hacıyev gecənin qonaqlarını salamlayıb, netvörkinqin faydalarından bəhs edib və çıxış üçün qonaqlar qarşısına “Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədovu dəvət edib. "CEO" şirkətinin fəaliyyətidən danışan Fərid Məmmədov qonaqlara sərgilərin təşkili və sahibkarlara faydası haqqında bəhs edib. Görüşdə Fərid Məmmədov sərgi biznesinin xüsusiyyətlərini və bu fəaliyyət sahəsində əldə etdiyi nailiyyətləri bölüşüb.
~
İkinci gün 25 may tarixində keçirilən tədbirdə isə spiker olaraq səhnəyə "Odero" şirkətinin rəhbəri Raşit Kartal bəy dəvət olunub. "Odero" şirkətinin fəaliyyəti haqqında məlumat verən Raşit Kartal sahibkarlar üçün elektron ticarət haqqında  məlumatlar verib və  şirkətin əsasən elektron ticarət üçün məhsul və xidmətlərindən danışıb.
Tədbirdə  qonaqlar bir-biri ilə sərbəst ünsiyyət qura və tədbirin yaratdığı imkanlardan faydalana biliblər. “Networking Azerbaijan” biznes klubunun bütün tədbirlərində olduğu kimi, budəfəki tədbirlər də rahat ab-havada keçərək, iştirakçıların yüksək əhvali-ruhiyyədə olmağını təmin edib.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et