İyulun 18-də “Kart ev” siyasi dramının müəllifi, nıhıng viedo- yayım şirkətinin səhmləri rekord həddə yüksələrək, bir səhmə görə $179,14 dollara çatdı
Netflix-in təsisçisi Reed Hastings öz sərvətini iki həftə ərzində 400 mln dollar artıraraq, 1,8 ilyarddan, 2,2 milyard dollara çatdırıb. Bu haqda Banco.az portalı Forbesə istinadən məlumat verir. Bu artım daha çox Netflixin iylun 17-də ikinci rübə dair açıqladığı müsbət maliyyə nəticələri ilə izah olunur: holdinq abonent bazasını proqnozlaşdırılan 3,2 milyon nəfər əvəzinə, 5,2 milyon nəfər artırıb. Bu gün servisdən istifadə edən insanların ümumi sayı dünyanın 190-dan çox ölkəsində 104 milyondan çoxdur.
Biznesmenə kompaniya səhmlərinin cəmi 3%-i məxsusdur. Həmin 3%-in dəyəri hazırda 1 milyard dollar həcmində qiymətləndirilir.
Reed Hastingsin ilk uğurlu biznesi Pure Software – proqram təminatını işləyib hazırlayan şirkət olub. Reed həmin şirkəti 31 yaşında qurmuşdu. 6 il sonra Pure Software şirkətini Rational Software korporasiyası 750 milyon $ dollara alır. Burdan qazandığı pulu isə Reed TV-xidmət olan Netflix’i yaratmağa sərf edir.