"Netflix"in gəliri 8,2 milyard dollara çatıb | Banco.az

"Netflix"in gəliri 8,2 milyard dollara çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Netflix”in abunəçilərinin sayı ilin ikinci rübündə artıb.

Banco.az xəbər verir ki, “Netflix” ilin ikinci rübü üzrə balans hesabatını açıqlayıb.

Hesabata görə, ilin ikinci rübündə şirkətin gəliri əvvəlki ilin eyni dövrü iləmüqayisədə 3 faiz artaraq 8,2 milyard dollara çatıb. Ötən ilin aprel-iyun aylarında şirkətin gəliri 7,9 milyard dollar təşkil edirdi.

Şirkətin xalis mənfəəti isə sözügedən dövrdə əvvəlki ilin eyni dövrünə nəzərən 3 faiz artaraq 1,5 milyard dollara çatıb. 2022-ci ilin ikinci rübündə “Netflix”in xalis mənfəəti 1,4 milyard dollar idi.

Şirkətin səhmbaşına mənfəəti də həmin dövrdə 3,20 dollardan 3,29 dollara yüksəlib.

“Netflix”in abunəçiləri də ilin ikinci rübündə 5,9 milyon nəfər artıb. Bununla da, şirkətin dünya üzrə abunəçiləri illik 8 faiz artaraq 238,4 milyon nəfərə çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram