"Netflix"in bir-birindən maraqlı Milad filmləri | Banco.az

"Netflix"in bir-birindən maraqlı Milad filmləri

Tamara Mustafayeva, Banco.az

Məlum olduğu kimi, bir gündən sonra, yəni dekabrın 25-i xristian dünyasının il boyu səbirsizliklə gözlədiyi, möcüzələri reallığa çevirən Milad bayramıdır. Milad bayramını qeyd edən xarici ölkələrdə bayram hazırlığı bir neçə ay əvvəldən başlayır və böyük şövq və təntənə ilə həyata keçirilir. Yəqin ki, yeni il tətili üçün xarici ölkələrə üz tutanlar, ya da səfər planı quranlar bu hazırlıqları və bayramı yaxından görmək şansı qazanacaqlar. Ancaq buna fürsət tapa bilməyənlər isə Milad ab-havasını duymaq üçün bu mövzuda çəkilmiş filmlərə baxa bilərlər. "Netflix" platforması hər il olduğu kimi bu il də kataloquna bir-birindən maraqlı Milad filmləri əlavə edib. Biz də sizin işinizi asanlaşdırmaq üçün o filmlərdən ibarət siyahı tərtib etmişik, gəlin birlikdə tanış olaq.

1. A Boy Called Christmas

A Boy Called Christmas | Sky.com

Buraxılış ili: 2021

Ölkə: Birləşmiş Krallıq

Bu dəfəki səfərimiz məhz Şaxta Babanın sirli-sehirli dünyasına olacaq. Nikolas adlı cavan oğlan atasını tapmaq üçün çıxdığı ümid dolu axtarışda elflərin yaşadığı diyara gəlir və burada taleyini dəyişdirəcək reallıqla qarşılaşır.

2. Love Hard

Love Hard ending explained - does Natalie find her match?

Buraxılış ili: 2021

Ölkə: ABŞ

Tanışlıq saytında ruh əkizini tapdığını düşünən Los-Ancelesli bloq yazarı Natali Milad bayramını onunla birlikdə keçirmək üçün ölkənin digər bir ucuna yollanır. Nəhayət ki, axtardığı sevgi hekayəsini yaşayacağına inanan gənc qadını əsl sevgi ilə bağlı maraqlı imtahan gözləyir.

3. 1000 Miles from Christmas

Watch 1000 Miles from Christmas | Netflix Official Site

Buraxılış ili: 2021

Ölkə: İspaniya

Siyahının növbəti filmi ənənəvi Amerika-ingilis Milad filmlərindən bir qədər uzaqlaşıb fərqli ölkələrin yeni il adətləri ilə tanış olmaq istəyənlər üçün yaxşı alternativ hesab edilə bilər. İspan istehsalı olan “A mil kilómetros de la Navidad” filmi Milad bayramına nifrət edən maliyyə auditoru Raulun işgüzar səfər üçün yollandığı kiçik bir qəsəbədə başına gələnlərdən bəhs edir. Rauldan fərqli olaraq bu qəsəbənin sakinləri Miladı çox sevir və böyük təntənə ilə qeyd edirlər. Bəs sonda Raulun qətiyyəti yoxsa sirli-sehirli Milad ruhu qalib gələcək?

4. The Princess Switch 3: Romancing the Star

The Princess Switch 3 Trailer Reveals Triple the Vanessa Hudgens

Buraxılış ili: 2021

Ölkə: ABŞ

Ötən ilki məqalələrimizdə qeyd etdiyimiz “The Princess Switch” silsiləsinin qəhrəmanlarımızı yenidən görüşdürən 3-cü filmi “Romancing the Star”da hadisələr yenidən ənənəvi “yerdəyişmə” ətrafında cərəyan edir. Bir-birinə əkiz kimi bənzəyən Marqarit və Steysi əvəzolunmaz dəyərə malik Milad Ulduzu oğurlandığı zaman oxşarları Fiyona və onun keçmiş sevgilisindən kömək istəməli olurlar. Hadisələrin gedişi və filmin sehirli dünyası sizi yeni il əhvalına kökləyəcək.

Qeyd edək ki, platformada filmin "The Princess Switch" adlı 1-ci və "The Princess Switch: Switched Again" adlı 2-ci hissəsini də izləyə bilərsiniz.

5. A California Christmas: City Lights

Watch A California Christmas: City Lights | Netflix Official Site

Buraxılış ili: 2021

Ölkə: ABŞ

İndi barəsində məlumat verəcəyimiz film ənənəvi Milad filmlərindən fərqli olaraq ömrü boyunca qar görməmiş insanların yaşadığı yerlərin isti bayram ab-havasını ekrana gətirir. “A California Christmas” filminin 2-ci hissəsi olan “City Lights”da hadisələr digər filmin yekunundan bir il sonrakı vaxt dilimini əhatə edir. Qəhrəmanlarımız Keyli və Cozef San-Fransiskodakı ailə biznesini idarə etmək üçün Keylinin uşaqlıqdan bəri yaşadığı Kaliforniyadan köçməli olurlar. Yeni şəhər, yeni başlanğıclar və təbii ki, yeni ilin sehirli atmosferi sizcə bir-birini sevən cütlüyə nə vəd edir?

Filmin “A California Christmas” adlı 1-ci hissəsi də kataloqda var, birincini izləmədən digərinə keçmək olmaz...

6. Too Close For Christmas

Buraxılış ili: 2020

Ölkə: ABŞ

Heyli Parker siravi, dəbdəbədən uzaq, əyləncəli və sevgi dolu bir insan, xüsusi mərasimlərin təşkili ilə məşğul olan uğurlu iş qadınıdır. Ancaq hər nə olursa olsun Milad əhval-ruhiyyəsi onun da vərdişlərini dəyişdirməsinə səbəb olur və Heyli bu bayramı bacısının ailəsi ilə keçirməyə razılaşır. Üstəlik burada bir tərəfdən öz təşkilatçılıq bacarıqlarını nümayiş etdirməli, digər tərəfdən də keçmiş sevgilisi ilə ayrılmağına səbəb olan insanla dava-dalaşsız yola getməyi öyrənməlidir. Təbii ki, Yeni il Heylinin həyatına da öz sehrini qatacaq.

7. A Christmas Prince

Netflix Yeni il filmləri

Buraxılış ili: 2017

Ölkə: ABŞ

Karyerasında yüksəlməyə çalışan istedadlı jurnalist Əmber Mur Milad bayramından bir neçə gün əvvəl ölkə xaricinə, Aldovia vilayətinə ezam olunur. O burada bir neçə gün sonra tac qoyma mərasimi keçiriləcək və atasının vəfatı səbəbilə taxta çıxacaq şahzadə Riçard tərəfindən təşkil edilən mətbuat konfransında iştirak etməlidir.

Filmi çox sevsəniz, sizə şad xəbər - filmin "A Christmas Prince: The Royal Wedding" adlı ikinci və "A Christmas Prince: The Royal Baby" adlı üçüncü hissələri də yayımlanıb. 

8. The Holiday

Netflix yeni il filmleri

Buraxılış ili: 2006

Ölkə: Birləşmiş Krallıq, ABŞ

İki qadın, iki fərqli ölkə və qarışıq münasibətlər. Kameron Diaz (Cameron Diaz), Cud Lou (Jude Law), Keyt Vinslet (Kate Winslet) və Jack Black kimi simaların baş rolunda olduğu film sevgi həyatları səbəbilə özünü xoşbəxt hiss etməyən iki qadının Yeni il tətili üçün İngiltərənin kiçik bir qəsəbəsində və Los-Ancelesdə yerləşən evlərini dəyişdirməsi ilə başlayır.

9. The Christmas Chronicles

Image result for the christmas chronicles"

Buraxılış ili: 2018

Ölkə: ABŞ

Bacı-qardaş olan Keyt və Teddi Milad bayramı ərəfəsində Şaxta Babanı görə bilmək üçün plan qururlar. Plan istədikləri kimi getmədikdə isə gecikmədən bayramı xilas etmək üçün Saint Nick və onun elfləri ilə güclərini birləşdirirlər.

Böyük uğura imza atan bu filmin də ikinci hissəsi - "The Christmas Chronicles 2" da ötən ildən kataloqa əlavə edilib.

10. Christmas Inheritance

Image result for christmas inheritance"

Ən sərfəli kredit üçün müraciət et

Buraxılış ili: 2017

Ölkə: ABŞ

Şöhrətpərəst və iddialı varis Elen Langford atasının biznesini təhvil ala bilməsi üçün xüsusi Milad təbrikini onun keçmiş şərikinə çatdırmalıdır. Bunun üçün isə tanımadığı "Snow Falls" qəsəbəsinə getməli olur. Səfəri əsnasında qar tufanı ilə üzləşən və qaldığı oteldən çıxa bilməyən qadın burada əsl Milad sehrini tapır.

11. The Knight Before Christmas

Image result for The Knight Before Christmas"

Buraxılış ili: 2019

Ölkə: ABŞ

Orta əsrlərdən gələn cəngavər bu günün reallığında sevgiyə ümidi olmayan orta məktəb müəlliminə aşiq olur. Bəs zaman və məkan fərqi əsl sevgi üçün maneədirmi?

12. Christmas Wedding Planner

Image result for Christmas Wedding Planner"

Buraxılış ili: 2017

Ölkə: Kanada

Toy təşkilatçılığı ilə məşğul olan bir qadın bu dəfə öz əmisi qızının təmtəraqlı və xariquladə toyu üçün hazırlıqlar ərəfəsində ikən bütün planlarının yaraşıqlı gənc özəl xəfiyyə tərəfindən pozulmaq üzrə olduğundan xəbərsizdir.

13. The Holiday Calendar

Image result for The Holiday Calendar"

Buraxılış ili: 2018

Ölkə: ABŞ

Milad ərəfəsi gənc fotoqraf qadına ona gələcəyindən və həyatının sevgisindən xəbər verən əntiq Advent təqdimi miras qalır.

14. Angela's Christmas

Buraxılış ili: 2017

Ölkə: İrlandiya, Kanada

Animasiya həvəskarlarının böyük maraqla izləyəcəyinə inandığımız bu filmdə Milad ərəfəsi ailəsi ilə birlikdə kilsəyə gedən Anjela reallaşdırmağa çalışdığı qeyri-adi ideyası ilə qəlblərimizi isidəcək.

Əgər marağınıza səbəb olsa, animasiyanın ötən il çəkilmiş “Angela's Christmas Wish” adlı ikinci hissəsini də izləyə bilərsiniz.

15. Holidate

Holidate | Netflix Official Site

Buraxılış ili: 2020

Ölkə: ABŞ

Bayram şənliklərində, ailə dəvətlərində, dost məclislərində subay iştirak etməkdən bezən qəhrəmanlarımız il boyu bütün xüsusi günlərdə cütlük kimi davranacaqlarına dair razılığa gəlirlər. Bəs ətrafdakıları inandırmağa çalışarkən əsl hisslər qapını döysə, necə?

16. Midnight at the Magnolia

Midnight at the Magnolia (2020) - Netflix | Flixable

Buraxılış ili: 2020

Ölkə: ABŞ

Uşaqlıq dostu olan Megi və Cek yerli radioların birində aparıcı işləyirlər. Uzun müddətdir ki, dinləyicilərin sevimlisinə çevrilmiş radio şoularını ölkə miqyasında tanıtmaq üçün qeyri-adi üsula əl atan cütlük bu müddət ərzində çoxdan unudulmuş hisslər və qırılmaz bağlarla sınağa çəkiləcəklər.

17. Jingle Jangle: A Christmas Journey

Buraxılış ili: 2020

Ölkə: ABŞ

Bir vaxtlar əyləncəli və gümrah olan oyuncaq ustası köməkçisinin xəyanətindən sonra əvvəlki həyat enerjisini itirir. Günlərin bir günü nəvəsinin ziyarəti ilə həyatında yeni ümid işığı yaranır. Yeni ilin sehrinə inananları bu filmin sirli və möcüzəli dünyasına dəvət edirik.

18. Klaus

Yeni il filmləri

Buraxılış ili: 2019

Ölkə: İspaniya

Siyahının növbəti filmi ən yaxşı animasiya kateqoriyası üzrə Oskar namizədi olmuş "Klaus" filmidir. Film eqoist poçtalyon ilə tənha oyuncaq ustası arasında gözlənilmədən yaranan dostluq əlaqəsinin soyuq və qaranlıq bir qəsəbəyə hər kəsin ehtiyacı olan sevinc və nəşə gətirməsindən bəhs edir.

19. Silver Skates

Buraxılış ili: 2020

Ölkə: Rusiya

Milad filmlərdən ibarət siyahı hazırlayarkən məxsusi olaraq yeni il üçün ekranlaşdırılmamış, ancaq möhtəşəm kinematoqrafiyası ilə sizi Sankt-Peterburqun nağılvari dünyasında səfərə çıxaracaq Rusiya istehsallı “Silver Skates” filmini də əlavə etməyə bilməzdik.

Filmdə hadisələr 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinin Rusiyasında cərəyan edir. Sankt-Peterburqun buz bağlamış çay və kanallarının üzərində konki sürən kasıb cavan oğlan ölkənin elitalarından birinin qızına aşiq olur. Görəsən gənc cütlüyün sevgisi maneələrin öhdəsindən gələcəkmi?

20. Arthur Christmas

Where To Stream Arthur Christmas Online? What Platform Is It In?

Buraxılış ili: 2011

Ölkə: Birləşmiş Krallıq, ABŞ

Ceyms Makevoy, Vilyam Fransis kimi tanınmış aktyorların səsləndirdiyi bu animasiya filmi şaxta babanın yöndəmsiz, ancaq xoş niyyətli oğlu Arturun başından keçən maraqlı sərgüzəştdən bəhs edir. Atasının olduqca gizli oyuncaq zavodunda baş verən hadisədən sonra kiçik bir qıza yeni il hədiyyəsini çatdırmaq yola çıxmalı olan Artur bu səfərdən olduqca çox şey oyrənəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et