"Netflix"in abunəçilərinin sayı artsa da, mənfəəti azalıb | Banco.az

"Netflix"in abunəçilərinin sayı artsa da, mənfəəti azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Netflix”in abunəçilərinin sayında artım, mənfəətində isə azalma qeydə alınıb.

Banco.az xəbər verir ki, “Netflix” bu ilin ilk rübü üzrə balans hesabatını açıqlayıb.

Buna görə, ilin ilk rübündə şirkətin gəliri əvvəlki ilin eyni dövrünə görə 3,7 faiz artaraq 8,2 milyard dollara çatıb. Ötən ilin eyni dövründə şirkətin gəliri 7,9 milyard dollar idi.

Şirkətin xalis mənfəəti də birinci rübdə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,3 faiz azalaraq 1,3 milyard dollar olub. Keçən ilin birinci rübündə “Netflix”in xalis mənfəəti 1,6 milyard dollar olub.

Şirkətin səhm üzrə qazancı da eyni dövrdə 3,53 dollardan 2,88 dollara düşüb.

Bununla belə, “Netflix”in abunəçiləri ilin birinci rübündə təxminən 1,8 milyon nəfər artıb. Şirkətin dünya üzrə abunəçilərinin sayı da artaraq 232,5 milyon nəfərə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Digər tərəfdən, ilin ilk rübündə dörd ölkədə ödənişli parol paylaşımını başlatdığını xatırladan video-yayım platforması ikinci rübdə bu tətbiqi ABŞ daxil olmaqla digər ölkələrə də genişləndirəcəyini açıqlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et