"Netflix"də artıq video-oyunlar da olacaq | Banco.az

"Netflix"də artıq video-oyunlar da olacaq

Tamara Mustafayeva, Banco.az

"Netflix" şirkəti oyun sektoruna daxil olub.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, populyar video-yayım platforması "Netflix" beş ədəd mobil oyunun təqdimatını həyata keçirməklə video-oyun sektoruna doğru addım atıb. Şirkət bu oyunların platforma abunəliyinə daxil olduğunu bildirib.

"Netflix"in Oyun təkmilləşdirmə üzrə vitse-prezidenti Mayk Verdu açıqlamasında qeyd edib ki, ilkin mərhələdə təkcə Android cihazlarda əlçatan olacaq sözügedən oyunlara daxil olarkən reklam izləmək və ya əlavə satınalma tələb edilməyəcək. İstifadəçilər məxsusi bölmədən oyunları seçə biləcəklər.

Qeyd edək ki, şirkət həmçinin yaxın zamanda bu video-oyunların iOS sistemində də əlçatan olacağını vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et