Netflix Türkiyədə kinostudiya qurmağı planlaşdırır | Banco.az

Netflix Türkiyədə kinostudiya qurmağı planlaşdırır

Tamara Mustafayeva, Banco.az

Netflix Türkiyədə kinostudiya qurmağa qərar verib.

Məlum olduğu kimi, bu il İstanbulda ofis açan Netflix indi də Türkiyədə kinostudiya təsis etməyi planlaşdırdıqlarını elan edib.

Banco.az türk mətbuatına istinadla bildirir ki, Netflix Türkiyə-nin ictimaiyyətlə əlaqələr üzrə direktoru Artanç Savaş şirkətin Türkiyədə kinostudiya açacağını açıqlayıb. Studiyaların yeri və sayının isə gələn aylarda açıqlanması gözlənilir.

Qeyd edək ki, populyar video-yayım platforması Netflix Türkiyədə 10 illik yayım lisenziyasına və 3,5 milyon abunəçi sayına sahibdir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et