Müəllif - Aida İsaq, Banco.az
Bir müddət əvvəl məşhur video yayım platforması olan “Netflix” öz hesab şifrələrini başqaları ilə bölüşən istifadəçilər üçün məhdudiyyətlər tətbiq edəcəyini açıqlamışdı.
Banco.az xəbər verir ki, film şəbəkəsinin istifadəçiləri arasında böyük ajotaj yaradan bu məlumatın yalnışlıqla təqdim olunduğu rəsmi formada təsdiqlənib.
Belə ki, müvafiq platforma bu qadağaların sadəcə Kosta Rika, Peru və Çili üçün tətbiqinin planlaşdırıldığını, lakin rəsmi saytda "təsadüfən" paylaşıldığını açıqlayıb. Beləliklə, hazırda yeni məhdudiyyətin yalnız Latın Amerikası ölkələri üçün keçərli olduğu və geniş əhatə dairəsində tətbiq olunmayacağı məlum olub.
Bizi sosial şəbəkələrdən izləyin!!