Netflix onlayn mağaza açdı | Banco.az

Netflix onlayn mağaza açdı

Tamara Mustafayeva, Banco.az

Məlum olduğu kimi, Netflix istehsalı olan serial, film və şoular olduqca sevilir və qısa müddətdə populyarlaşır. Hətta bəziləri o qədər sevilir ki, həmin layihələrin mühüm simvolları bir çox reklam və oxşar videolarda istifadə edilir. Odur ki, Netflix də bu populyarlıqdan faydalanaraq yeni rəqəmsal mağazasını açıb.

Çox sevilən serial və filmlərin bəzi məhsullarının pərakəndə satışını həyata keçirən bu onlayn mağaza ilə istifadəçiləri sevindirən Netflix onlara xüsusi dizaynlı geyimlər, oyuncaqlar və oyunlar təqdim edəcək. 

Qeyd edək ki, şirkətin ilkin mərhələdə "Yasuke" və "Eden" animasiyalarının müvafiq məhsullarını, həmçinin "Lupin" serialının dekorativ əşyalarını satışa çıxaracağı bildirilib.

Sözügedən mağaza hazırda təkcə ABŞ-dakı istifadəçilər üçün xidmət göstərsə də, rəqəmsal mağaza xidmətinin yaxın zamanda digər ölkələrdə də aktivləşdiriləcəyi planlaşdırılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram