Müəllif: Tamara Mustafayeva, Banco.az
“Netflix” köhnə ticarət mərkəzlərini nəhəng əyləncə məkanlarına çevirəcək.
Banco.az xəbər verir ki, ABŞ-ın populyar video-yayım platforması “Netflix” əyləncə anlayışını yenidən müəyyənləşdirəcək yeni təşəbbüslə çıxış edir.
Şirkət 2025-ci ildə açmağı planlaşdırdığı böyük bir əyləncə məkanı "Netflix House"u təqdim edib.
Pərəstişkarlarına sevimli hekayələrini ekrandan kənarda kəşf etməyə imkan verən bu məkanların Texas, Dallas və Pensilvaniyada yerləşdiyi və hər birinin 100 min kvadratmetrdən çox ərazini əhatə edəcəyi bildirilir.
“Netflix House” geniş çeşiddə alış-veriş və iaşə məkanları, o cümlədən interaktiv fəaliyyətlər təklif edəcək. Məkanlar təkcə əyləncə üçün deyil, həm də “Netflix” həvəskarlarının qarşılıqlı əlaqəsi üçün unikal məkan yaratmağı hədəfləyir.
Qeyd edək ki, şirkətin bu məkanları məşhur ticarət mərkəzlərində, xüsusilə “Galleria Dallas” və “King of Prussia Mall”da açmaq qərarı strateji addım kimi qiymətləndirilir. Belə ki, “Netflix”in köhnə alış-veriş məkanlarını yenidən istifadə etməklə bu yerlərə yeni həyat gətirəcəyi düşünülür.
Bizi sosial şəbəkələrdən izləyin!!