Netflix bu tarixdən oyun sektoruna daxil ola bilər | Banco.az

Netflix bu tarixdən oyun sektoruna daxil ola bilər

Tamara Mustafayeva, Banco.az

Onlayn video-yayım platforması "Netflix"in bu yaxınlarda yeni sektora daxil olmağa hazırlaşdığı iddia edilir.

Banco.az xarici mətbuata istinadla bildirir ki, "Netflix" şirkətinin oyun sektoru ilə bağlı yeni layihə üzərində işlədiyi məlumdur. Daim təkmilləşən və populyarlaşan oyun sektoruna Google, Apple kimi texnologiya nəhənglərinin daxil olması ilə güclənən rəqabətin "Netflix" platformasının atacağı addımla daha da rəğbət görəcəyi gözlənilir. 

İddialara görə, "Netflix" tərəfindən təqdim ediləcək sözügedən xidmət "Apple Arcade"in daha kiçik versiyası kimi ola bilər və təbii ki, ödənişli əsasda təklif edilməsi nəzərdə tutulur. Bununla yanaşı, "Netflix" oyunlarında heç bir reklam modeli tətbiq edilməyəcək. Oyunların məhz "Netflix" tərəfindən istehsal ediləcəyi, yoxsa bu işin başqa bir şirkətə həvalə ediləcəyi ilə bağlı isə məlumat yoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sözügedən xidmətin növbəti il bazara çıxarılması proqnozlaşdırılır, ancaq bu xidmətin smartfonlarda və ya kompüter və smart televizorlarda əlçatan olacağı hələ bilinmir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et