Netflix abunə sayının 150 milyona çatdığını bildirdi. 2019-cu ilin I rübünün nəticələrinə görə abunəçilərin ümumi sayı 148,86 milyon oldu.
Şirkətin açıqladığı nəticələrə görə tərtib edilən məlumatlar aşağıdakılardır:
- 2019-ci ilin I rübündə gəlir 4,5 milyard dollar təşkil edib. 2018-ci ildə 3,7 milyard dollar olan gəlir 22 faiz artmışdır. 2-ci rüb üçün gəlir proqnozu 4,928 səviyyəsində müəyyən edilmişdir.
- 2019-cu ilin I rübündə ümumi abunəçilərin sayı 148,86 milyon təşkil edib. Ötən ilin eyni dövründə abunəçilərin ümumi sayı 118,9 milyon təşkil edib. Ümumi artım 25,2% olaraq qeyd edildi.
Abunəçilərin payı belədir: 148,26 milyon abunəçisinin 60,23 milyonu ABŞ-dan, 88,63 milyonu isə beynəlxalq abunələrdəndir. Sınaq abunəliyinə dair digər məlumatlar: ABŞ-da 1,56 milyon pulsuz abunə, beynəlxalq bazarda isə bu rəqəm 5 milyon olub.
Ödənişli abonentlərin sayı ABŞ-da 1,76, beynəlxalq bazarlarda isə 7,86 mln təşkil edib.
Netflix-də ən çox izlənilən serial və filmlər: Umbrella Academy (ilk dörd həftədə 45 milyon), Bird Box (ilk dörd həftədə 52 milyon) və The Highwaymen (ilk dörd həftədə 40 milyon).
Pərvanə Aslanova, Banco.az