"Netflix" 30-dan çox ölkədə abunəlik haqlarına endirim edib | Banco.az

"Netflix" 30-dan çox ölkədə abunəlik haqlarına endirim edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Netflix” son həftələrdə ümumilikdə 30-dan çox olmaqla xidmət göstərdiyi ölkələrdə qiymət endirimi edib.

Banco.az xəbər verir ki, ABŞ-ın populyar video-yayım şirkətinin son qiymət endirimləri Yəmən, İordaniya, Liviya və İran da daxil olmaqla Yaxın Şərq ölkələrini, Keniya da daxil olmaqla Saharaaltı Afrika bazarlarını və Xorvatiya, Sloveniya və Bolqarıstan kimi Avropa ölkələrini əhatə edir.

Latın Amerikasında Nikaraqua, Ekvador, Venesuela kimi ölkələr və Asiyanın Malayziya, İndoneziya, Tailand və Filippin kimi bəzi ölkələrində də abunə haqlarında azalma müşahidə olunub.

Qeyd edək ki, sözügedən qiymət endirimləri bu bazarlar üçün “Netflix”in müəyyən üzvlük kateqoriyaları üçün tətbiq edilsə də, bəzi hallarda abunə haqlarının yarıya endirilməsi diqqət çəkib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et