"Nestle" bu ölkədəki layihəsini dondurdu | Banco.az

"Nestle" bu ölkədəki layihəsini dondurdu

Müəllif - Aida İsaq, Banco.az

Dünyaca məşhur marka olan "Nestle" Rusiyadakı 10 milyard rubl dəyərində olan layihəsini dondurub.

Banco.az xəbər verir ki, Novosibirsk yaxınlığında ev heyvanları üçün nəzərdə tutulan yem istehsalı zavodunun tikintisi təxirə salınıb. 

Layihənin 2024-cü ildə başa çatdırılması, ilk istehsalın isə 2023-cü ildə olacağı planlaşdırılırdı. Fabrikin ildə 75 min ton yem istehsal etməsi nəzərdə tutulurdu. Ancaq hazırda layihənin icra olunması qeyri-müəyyən zamana qədər dayandırılıb.

Bundan öncə isə, Rusiyanın restorançılıq və otelçilik federasiyasının vitse-prezidenti Sergey Mironov Almaniyanın "Mast-Jаgermeister" şirkətinin ölkəyə güclü spirtli içkilərin tədarükünü dayandıracağını elan etmişdi. Artıq anbarda qalan spirtli içkilərin qiymət artımı barədə restoranlara tapşırıqlar verilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et