Nəqliyyat vasitələrinə görə illik amortizasiya norması | Banco.az

Nəqliyyat vasitələrinə görə illik amortizasiya norması

ƏDV qeydiyyatında olmayan və illik dövriyyəsi 200.000 manatadək olan mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərən hüquqi şəxsin balansındakı nəqliyyat vasitələrinə görə illik amortizasiya normasının yuxarı həddi nə qədərdir?

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddəalarına əsasən, ƏDV qeydiyyatında olan şəxslər istisna olmaqla, aparılmış əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan çox olmayan vergi ödəyiciləri amortizasiya ayırmalarını bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən edilən amortizasiya normalarına 2 əmsalı tətbiq etməklə gəlirdən çıxırlar. Beləliklə, bu kateqoriya vergi ödəyicisi balansında olan nəqliyyat vasitələrinə görə illik amortizasiya normasına (25 faizə) 2 əmsalı tətbiq etməklə (25% x 2 = 50%) daha artıq məbləği gəlirdən çıxmaq hüququna malikdir.

Ən sərfəli kredit üçün müraciət et

Əsas: Vergi Məcəlləsi, 114.3-1-ci maddə