NEO nədir və haradan almaq olar? | Banco.az

NEO nədir və haradan almaq olar?

NEO komanda tərəfindən idarə olunan Blockchain əsaslı layihədir. Blockchain texnologiyasından yararlanaraq fiziki aktivlərin rəqəmsallaşdırılmasında istifadə edilir.

Həmçinin, ağıllı müqavilələr istifadə edən paylanmış bir şəbəkəyə sahibdir. Buna görə, NEO öz şəbəkəsini “ağıllı iqtisadiyyat” adlandırır.

NEO 2014-cü ildə yaradılıb və 2015-ci ildə açıq kod olaraq GitHub-da dərc edilib. NEO gələcəyə əsaslanan və inkişafı istiqamət götürən komandaya sahibdir. Ənənəvi iqtisadiyyatdan ağıllı iqtisadiyyata keçidi planlaşdırırlar.

NEO-nun gələcək dizaynı

Rəqəmsal aktivlər elektron məlumatlar kimi proqramlaşdırılmış haldakı əmtəə adlana bilər. NEO Blockchain texnologiyasını istifadə edərək mərkəzsiz, etibarlı, şəffaf və maliyyə vasitəçiləri olmadan rəqəmsal əməliyyatlara imkan verir. Əlavə olaraq, NEO-da qeydə alınmış bütün aktivlər hüquqi cəhətdən qorunur.

NEO-da iki növ rəqəmsal varlıq var; qlobal aktivlər və müqavilə aktivləri. Qlobal aktivlər sistemə qeydə alındıqdan sonra bütün ağıllı müqavilələri istifadə edənlər tərəfindən görülə bilir. Müqavilə aktivləri isə xüsusi sahələrdə saxlanılır və uyğun olan ağıllı müqavilə istifadəçilərinə müraciət edir. Müqavilə aktivləri daha çox istifadəçiyə çatmaq üçün xüsusi qaydalara əsaslanır.

Ağıllı müqavilələr

Ağıllı müqavilələr 1994-cü ildə ilk olaraq kriptoqrafiya mütəxəssisi Nik Szabo tərəfindən irəli sürülüb. Szabonun tərifinə əsasən, ağıllı müqavilələr əvvəlcədən proqramlaşdırılmış şərtlərin müqavilə detallarını yerinə yetirməsi yolu ilə işləyir. Bu sistem Blockchain ilə birləşən zaman daha güclü bir quruluş meydana çıxır. NEO-nun da öz ağıllı müqavilə sistemi var – “NeoContract”.

“NeoContract” ağıllı müqavilə sistemi NEO-nun ən iddialı xüsusiyyətlərindən biridir. Bu sistem üçün tərtibatçıların yeni bir proqramlaşdırma dilini öyrənməsinə ehtiyac yoxdur. NEO-nun inkişafı “NeoVM” vasitəsilə həyata keçirilir.

Tətbiqlər və iqtisadi quruluş

Bir ekosistem üçün tətbiqlər xüsusən vacibdir. Ağıllı bir şəbəkə üçün yeni tətbiqlərin davamlı hazırlanması əsas şərtdir. NEO-nun dəstək verəcəyi layihələr arasında mərkəzləşdirilməmiş birjalar, fiziki cüzdanlar və sosial şəbəkə proqramları kimi bir çox yeniliklər vardır.

NEO-nun iki növ tokeni var: NEO və NeoGas (GAS)

NEO umimilikdə 100 milyon tokendən ibarətdir. Sahib oluna biləcək minimum token sayı 1 NEO olaraq müəyyənləşib. Hazırda NEO-nun bazar dəyəri 5,9 milyard dollardır.

GAS isə NEO şəbəkəsinin yanacaq elementi kimi istifadə olunur. GAS-ın token sayı 100 milyon olaraq təyin edilib. Ən kiçik GAS vahidi 0.00000001 GAS-dır. GAS-ın bazar dəyəri 319 milyon dollardır.

Ən sərfəli kredit üçün müraciət et

İlk blokda 100 milyon NEO istehsal edildi və GAS-ın bütün tokenləri hələ ki, çıxarılmayıb.

Haradan almaq olar?

NEO tokenləri “Binance”, “Bittrex” və “Bitfinex”-dən alına bilər. GAS tokeninin 76%-i “Binance”-dadır və oradan alınır.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et