Neftin ucuzlaşması davam edir | Banco.az

Neftin ucuzlaşması davam edir

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri ucuzlaşmağa davam edir.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti yaxın dövrlər üzrə tələb göstəricisinin pisləşməsi və dolların dəyər qazanması ilə ucuzlaşmağa davam edir.

Nyu York əmtəə birjasında bir barel neftin qiyməti 1.3% dəyər itirərək 52 dollar səviyyəsinə geriləyib.

ABŞ xam neftinin (WTI) mart fyuçersi Nyu York əmtəə birjasında (Nymex) cümə axşamı 0.3% dəyər itirdikdən sonra bu gün Bakı vaxtı ilə 07:55-də 52.44 dollara geriləyib.

Brent markalı neftin mart fyuçersi isə London əmtəə birjasında əvvəlki seansda 1.2% geriləyərək bir bareli 55.44 dollara qədər ucuzlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et