Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,12 dollar yaxud 2,42% ucuzlaşaraq 45,52 dollar/barel təşkil edib.
"Brent" markalı neft isə 0,8 dollar və ya 1,64% ucuzlaşaraq 47,98 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 51 dollar/barel olacağı gözlənilir.