Neftin qiymətlərində müsbət korreksiya | Banco.az

Neftin qiymətlərində müsbət korreksiya

Dünya bazarında neftin qiyməti ötən günün kotirovkaların kəskin aşağı düşməsindən sonra, bu gün müsbət dinamika göstərməyə başlayıb, ticari sövdələr belə deməyə əsas verir.

Brent markalı neft iyul fyuçerslərinin qiyməti 1,11% yüksələrək, bir barrelə görə 64,73 dollar təşkil edib. WTI-nin qiyməti isə 1,17% yüksəlib və bir barrelə görə  58,67 dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Çərşənbə axşamı baş tutan satışların gedişində neftin qiyməti 3%-dən də çox ucuzlaşmışdı, səbəb isə bazarın həddindən artıq dolması və neft axının pik həddinə çatması ilə bağlı məlumatlar idi. Bundan əlavə, xammal ticarətinin alqı-satqısının həyata keçirildiyi Amerika dollarının güclənməsi də “qara qızılın” dəyərinə öz təzyiqini göstərib. 

Ən sərfəli krediti almaq üçün müraciət et