Neftin qiymətinin düşməsi hansı ölkəyə sərf edir? | Banco.az

Neftin qiymətinin düşməsi hansı ölkəyə sərf edir?

Türkiyə neftin qiymətinin düşməsindən istifadə edir və iqtisadiyyatın güclənməsi davam edir.

Bu sözləri Dünya bankının əsas iqtisadçısı Fransiska Onsorge Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində deyib.

“Türkiyə, neftin ucuzlaşmasından istifadə edən bir neçə ölkədən biridir. Türkiyə enerji daşıyıcılarını ixrac edir. Bu səbəbdən də proses büdcədə olan kəsirə və inflyasiyanın azalmasına yaxşı təsir edəcək”- deyə Fransiska Onsorge bildirib.

İqtisadçının sözlərinə görə “Qlobal iqtisadi inkişaf” hesabatına əsasən 2015-ci ildə Türkiyə iqtisadiyyatının 3,5 faiz, 2016-cı ildə- 3,7, 2017-ci ildə isə 3,9 faiz yüksəlişi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

anspress.com

Ən sərfəli krediti almaq üçün müraciət et