Neftin qiymətinin azalması manata necə təsir edəcək? | Banco.az

Neftin qiymətinin azalması manata necə təsir edəcək?

Neftin dünya bazarlarında qiymətinin 1 barelə görə 50 dollardan aşağı düşmə ehtimalı Azərbaycanın milli valyutasının təkrar devalvasiyasına gətirib çıxarmayacaq.

Banco-nun Trend-ə istinadən yaydığı məlumata görə, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqi deyib.

O bildirib ki, buna səbəb Azərbaycan hökumətinin 2016-cı il büdcə layihəsində neftin qiymətini 1 barelə görə 50 dollar nəzərdə tutması olub.

Missiya rəhbəri qeyd edib ki, hazırda ölkə üçün korrupsiyaya qarşı mübarizə, gömrük prosedurlarının, biznes mühitinin təkmilləşdirilməsi əsas məsələdir: "Hökumət xərclərinin azaldığı məlumdur, ancaq yuxarıda qeyd olunan meyarlara əməl edilsə, bu, iqtisadiyyatın canlanmasına gətirib çıxaracaq və milli valyutanın zəifləməsinin qarşısını alacaq".

Ən sərfəli kredit üçün müraciət et

R.Almarzoqinin sözlərinə görə, Azərbaycan büdcəsində neftin qiymətinin 1 barelə görə 50 dollar nəzərdə tutulması indiki real vəziyyəti çox yaxşı əks etdirir: "Nəzərə alsaq ki, 2019-cu ilədək 1 barel neftin qiyməti 75 dollardan yuxarı qalxmayacaq, o zaman büdcədə neftin qiymətinin indiki 50 dollar səviyyəsində götürülməsi daha münasibdir".

O, əlavə edib ki, bu il Azərbaycan büdcəsində neftin qiyməti 90 dollar/barel səviyyəsində müəyyənləşdiyindən büdcə çox güman ki, tam icra olunmayacaq.