Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“Neft qiymətinin büdcədə nəzərdə tutulan 75 dollarlıq həddə qədər yaxınlaşmasını müvəqqəti eniş hesab edirəm”.
Banco.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, əgər ABŞ-də seçkilərdə Donald Tramp seçilərsə, bu qiymətlərə təsir edə bilər:
“Onun neft qiymətlərinin enməsi üçün adekvat adımlar atacağına dair fikirlər səsləndirməsi birjalarda reaksiya yaşatdış. Nəticədə investorlar tələbi azaltdı. Bu da qiymət enişlərinə səbəb oldu. Əgər seçkilərdə Kamala Harris qələbə çalarsa, rəsmi Vaşinqtonun neft qiymətlərinə qarşı münasibətində dəyişiklik olmayacaq. Bu da öz növbəsində qara qızılın qiymətində Amerika faktorunun yarada biləcəyi risk neytrallaşdırır”.
Eldəniz Əmirov vurğulayıb ki, neftin qiyməti düşməsə də, Azərbaycan büdcənin icrası ilə bağlı çətinliklər yaşanmayacaq:
“Qeyd edim ki, bu il manatı hər hansı bir təhlükə gözləmir”.