Neftin qiyməti yenidən ucuzlaşdı | Banco.az

Neftin qiyməti yenidən ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Ukrayna ərazisindən keçən Rusiya neft boru kəmərindəki fasilədən sonra bahalaşan neft qiymətləri kəmərin yaxın günlərdə yenidən işə başlayacağına dair gözləntilər səbəbindən yenidən ucuzlaşıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, Ukrayna ərazisindən keçən Rusiya neft kəməri ilə bağlı baş verənlər və gözləntilər neft bazarındakı qiymətlərə öz təsirini göstərib.

ABŞ xam neftinin (WTI) aylıq fyuçersi Nyu York əmtəə birjasında (Nymex) 1,15% dəyər itirərək 89.46 dollara geriləyib.

Brent markalı neftin aylıq fyuçersi isə London əmtəə birjasında 0,93% ucuzlaşmaqla 95.41 dollara ticarət olunur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et