Tamara Mustafayeva, Banco.az
Neft qiymətləri yeni həftəyə ucuzlaşma ilə başlayıb.
Banco.az xarici mətbuta istinadla bildirir ki, dünya bazarlarında Çində yoluxma halının artması ilə bağlı xəbərlər yeni həftənin ilk ticarət gününə təsir edib. Tələbin geriləyəcəyinə dair narahatlıqlar ABŞ xam neftinin 100 dollardan ucuzlaşmağına səbəb olub.
ABŞ xam neftinin (WTI) aylıq fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 2% dəyər itirməklə bir bareli 100 dollar səviyyəsindən geriləyib.
Brent markalı neftin aylıq fyuçersi isə London əmtəə birjasında 3% geriləyərək bir bareli 104 dollardan ucuzlaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!