Tamara Mustafayeva, Banco.az
Neft bazarlarında "OPEC-Bayden ziddiyəti".
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, neft bazarları ABŞ prezidenti Co Bayden və OPEC ölkələri arasındakı hasilatın artırılmasına dair fikir ayrılıqlarına fokuslanıb. Bayden qiymətlərin ucuzlaşması üçün OPEC-in hasilatı artırmasınının labüdlüyünü, OPEC isə tələbin hələ də risk faktoru ilə qarşı-qarşıya olduğunu və diqqətli olmağın zəruriliyini iddia edir. Bu minvalda, dünya bazarlarında neftin qiyməti bir qədər ucuzlaşıb.
ABŞ xam neftinin (WTI) dekabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,5% ucuzlaşmaqla hazırda bir bareli 83.15 dollara ticarət edilir.
Brent markalı neftin yanvar fyuçersi isə London əmtəə birjasında 0,4% dəyər qazanaraq bir bareli 83.39 dollara qalxıb.
Bizi sosial şəbəkələrdən izləyin!!