Neftin qiyməti yenidən ucuzlaşdı | Banco.az

Neftin qiyməti yenidən ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri OPEC+ iclasından sonra ucuzlaşıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti OPEC+ tərəfindən oktyabr ayında hasilatın artırılması ilə bağlı heç bir yenilik açıqlanmadığı üçün yenidən ucuzlaşmağa başlayıb.

ABŞ xam neftinin (WTI) oktyabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,5% geriləməklə hazırda bir bareli 68.23 dollara icra edilir.

Brent markalı neftin noyabr fyuçersi isə London əmtəə birjasında 0,4% ucuzlaşaraq bir bareli 71.31 dollara enib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et